24.05.2024
Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı şəhər kitabxana filialı ədəbiyyatşünas, professor, publisist Vəli Xuluflunun anadan olmasının 130 illiyi ilə əlaqədar olaraq 24.05.2024-cü il tarixdə Nəriman Nərimanov adına şəhər tam orta məktəbin şagirdləri ilə birlikdə “Folklorumuzun fədakarlarından biri” başlığı altında tədbir təşkil edib.
Kitabxana filialının müdiri məlumat verərək bildirib ki, Vəli Xuluflu heç şübhəsiz, Azərbaycanın 20-ci əsrdə yetişdirdiyi böyük ziyalılardan biridir. Xüsusilə, folklorşünaslığın təməl daşlarını qoyan, bu təməl daşları üzərində yeni bir elm məbədinin ucaldılmasında əsl memar əməyi sərf edən bir fədaidir. Folklorşünas alimin Azərbaycan folklor örnəklərinin toplanması, nəşri və tədqiqində müstəsna xidmətləri olub. Xalqın mədəniyyət tarixində və savadlanmasında xüsusi yeri olan Vəli Xuluflunun 1937-ci repressiya qurbanlarından biri olduğu qeyd olunub.